Qəzetçiliyin görünməyən zəhmətkeşləri
14:12 25.11.2024
0
0
0
Bu gün Dövlət Bayrağı Muzeyində 8 Noyabr-Zəfər Gününə həsr edilmiş tədbir keçirilib. Tədbirdə şəhid ailəsi, qazilər və muzey əməkdaşları iştirak ediblər.
Öncə Ümummilli Lider Heydər Əliyevin və müqəddəs torpaqlarımızın azadlığı uğrunda canını fəda edən vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra muzeyin direktoru Rəmzi Hüseynov tədbiri giriş sözü ilə açaraq bildirib, Ali Baş Komandan İlham Əliyevin haqq mübarizəsinə başlamaq əmri xalqın sevincinə, coşqusuna səbəb oldu, qürurla qarşılandı. Elə ilk gündən düşmən üzərində qazandığımız hərbi uğurlar xalqımızın qələbə ovqatını daha da artırdı. Üçrəngli şanlı bayrağımız doğma torpaqlarımızda ucaldıldı. 8 noyabrda Qarabağın tacı sayılan Şuşa şəhəri erməni işğalçılarından azad edildi. Bu gün Azərbaycan tarixinə Zəfər günü kimi düşdü. Məhz bu gün biz bu tarixi qələbə gününü, Zəfər gününü qeyd ediriksə birbaşa bu günü bizə bəxş edən öz canlarından keçmiş şəhidlərimiz və qazilərimizə borcluyuq.
Daha sonra şəhid baş leytenant Raqib Hüseynovun anası Rəna xanım və Vətən müharibəsi qazisi Taleh Ələkbərov çıxışlarında vətən müharibəsində qəhrəmanlıq göstərən igid oğulların keçdiyi döyüş yolundan, dövlətimizin şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğıdan bəhs edib. Muzeyin baş fond mühafizi-elmi işçisi Sevinc Rəsulova “44 günlük Zəfər” mövzusunda çıxış edib. Sonda isə muzeyin ekspozisiyasına baxış olub.
Digər xəbərlər