NAXÇIVAN :

21 Noyabr 2024, Cümə axşamı

8 Noyabr – Zəfər Günü ərəfəsində “Şəhidlər Zirvəsi” adlı tədbir keçirilib

...

"Şərq qapısı" xəbər verir ki, “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyində keçirilən tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edənlər şanlı Zəfər tariximiz olan Vətən müharibəsində ordumuzun qazandığı parlaq qələbədən ətraflı bəhs ediblər. Vurğulanıb ki, biz qələbə sevincini öz xalqına yaşadan müzəffər Ordumuza borcluyuq.
Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının solistləri – Hüseyn Qasımov və Məhərrəm Quliyev tərəfindən müxtəlif musiqi nömrələri səsləndirilib.
Sonra antiterror əməliyyatları zamanı şəhid olan qəhrəmanlarımızın ailələrinə plaketlər təqdim olunub.
Sonda xatirə fotosu çəkilib.

Nəşr edilib : 05.11.2024 19:09