Naxçıvan və Ordubad şəhərlərində vergi ödəyiciləri...
16:52 14.03.2025
0
0
0
NAXÇIVAN :
14 Mart 2025, Cümə
Bəzən bir yol, sadəcə, torpaq və daşlardan ibarət olmur. Bəzən bir yol həsrətin, gözlənilən qovuşmanın, ayrılığın sərhədidir. Biz bu sərhədi çəkdik – fotoaparatımızın yaddaşına, qəlbimizin dərinliklərinə. Bu gün burada dayanaraq sanki gələcəyin qapısına baxırdıq.
Bu torpaqlar illərdir, sükut içindədir. Amma bu sükutun altında minlərlə insanın göz yaşları, duaları, ümidləri yatır. Hər qarışında bizi çağıran bir tarix, keçmişin və gələcəyin səsi var. Sabah burada maşınların səsi yüksələcək, bir ana isə övladına: "Biz bu yolu illərlə gözlədik... Nəhayət, biz də buradan keçirik, həsrət bitdi…" – deyəcək. O gün gələcək, bu sərhədlər aşılacaq, yollarımız birləşəcək!
Biz bu günü sənədləşdirdik ki, sabah ona qovuşduğumuzda bu şəkillərə baxıb deyək: "Bax biz buradaydıq, bu yolu çəkdik ki, bir gün onun üzərindən addımlayaq!"
Bu torpaq bizimdir, bu yol bizimdir. Bu həsrət də bizimdir, qovuşacağımız gün də!
Zəngəzur dəhlizi təkcə bir yol, bir kommunikasiya xətti deyil. Bu, tarixi ədalətin bərpası, milli iradəmizin təcəssümü, Azərbaycan xalqının haqq mübarizəsinin davamıdır. Bu dəhliz açıldıqda təkcə Naxçıvan blokadadan çıxmayacaq, təkcə Azərbaycanın quru əlaqəsi bərpa olunmayacaq – bütövlükdə Türk dünyası birləşəcək, yeni tarixi dövr başlayacaq.
Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, bu yol bizim haqqımızdır, bu, tarixi bir zərurətdir və heç kim bu prosesi dayandıra bilməz. 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı göstərdi ki, o öz haqqı uğrunda sona qədər mübarizə aparmağa hazırdır. Bu gün də Zəngəzur dəhlizi istiqamətində eyni əzmkarlıq və qətiyyət nümayiş etdirilir.
Biz bilirik ki, bu yol açılacaq. Çünki biz qalib xalqıq və bizim liderimiz Ali Baş Komandandır. Prezident İlham Əliyevin sözləri ilə desək:"Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır!"
Biz Ali Baş Komandanımızın qətiyyətinə inanırıq. Biz bilirik ki, Azərbaycanın haqq işi yarımçıq qalmayacaq.
Bu tarixi anları fotolarda əbədiləşdirib, 104 yaşlı qəzetimiz "Şərq qapısı"nda yayımlamaq arzusu ilə…
Sara ƏZİMOVA
Digər xəbərlər