Bu il “Son zəng” tədbiri iyun ayının 13-də keçiril...
20:04 21.04.2026
0
0
0
NAXÇIVAN :
21 Aprel 2026, Çərşənbə axşamı
“Prezident İlham Əliyev işğal altındakı torpaqlarımızı azad etməklə dünyaya xalqımızın qüdrətini, gücünü və birliyini nümayiş etdirdi. Bizə Qalib ölkənin vətəndaşı olmaq xoşbəxtliyini yaşatdı, xalqımızın qələbə əzmini qaytardı. Onun həyata keçirdiyi siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət etdi, ölkəmiz qısa müddətdə dünyada tolerantlıq məkanı, mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanındı. Prezident İlham Əliyev dövlətimiz üçün ciddi sınaq olan Azərbaycan torpaqlarının işğalının aradan qaldırılması istiqamətində yorulmadan çalışdı. Azərbaycan lideri Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı hər zaman öz prinsipial mövqeyini bildirdi. “Qarabağ Azərbaycandır və nida işarəsi!” – deyərək xalqımıza ümid, güc verdi. İkinci Qarabağ müharibəsində erməni işğalçılarını torpaqlarımızdan təmizləyərək sözünün arxasında dayandığını bütün dünyaya sübut etdi.”
Bu sözləri “Şərq qapısı” qəzetinə müsahibəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Şəhla Əhmədova deyib.
Deputat qeyd edib ki, Azərbaycan Ordusunun 27 sentyabr 2020-ci ildə Ermənistanın növbəti hərbi təxribatlarına cavab olaraq həyata keçirdiyi “dəmir yumruq” əməliyyatı dünyaya səs saldı: “Artıq hər il təqvimin 27 sentyabr tarixini “Anım Günü” kimi qeyd edir, tarixi Zəfərimiz uğrunda həyatlarını qurban vermiş mübariz ruhlu, polad iradəli, dəmir biləkli qəhrəman Vətən oğullarımızın əziz xatirəsini yad edirik. Hər günü qələbə salnaməmizə çevrilən 44 gün davam edən Vətən müharibəsində qazanılan şanlı Zəfər naminə həyatlarını qurban vermiş qəhrəmanlarımızın əziz xatirəsi əbədi yaşayacaq”.
“Bu gün işğaldan azad edilən torpaqlarda dünyada bənzərinə rastlanmayan şəkildə həyata keçirilən sürətli bərpa və quruculuq işləri, bütövlükdə, Azərbaycan xalqının əyilməz ruhunun, Vətən sevgisinin göstəricisidir. Əzmi, qətiyyəti, müdrik siyasəti ilə ərazilərimizi azadlığına qovuşduran qalib Lider İlham Əliyev düşmənin viran qoyduğu kənd, qəsəbə və şəhərlərimizin təməllərini öz əlləri ilə qoyur, qayıdış həyata keçirilən yaşayış məntəqələrimizdə sakinlərə yeni evlərinin açarlarını şəxsən təqdim edir, onların əziz qonağı olur, onilliklər boyu məcburi köçkünlüyün maddi-mənəvi yükünü çəkmiş vətəndaşlarımızın sevinclərini bölüşür. Dövlətimizin gücü, qüdrəti, Müzəffər Ali Baş Komandanımızın qətiyyətli siyasəti, xalqımızın mübariz ruhu, sarsılmaz birliyi Azərbaycanı yeni zəfərlərə aparacaq. Xalqımız bundan sonra da müzəffər və qurucu xalq kimi öz adını tarixin yaddaşına silinməz izlərlə həkk edəcək, üçrəngli bayrağımız daim ən yüksək zirvələrdə dalğalanacaq”, – deyə Şəhla Əhmədova əlavə edib.
Digər xəbərlər