Naxçıvan Muxtar Respublikasında 23 noyabra gözləni...
23:45 22.11.2024
0
0
0
NAXÇIVAN :
23 Noyabr 2024, Şənbə
25 sentyabr 2024-cü il tarixdə Xatirə Muzeyində 27 sentyabr – Anım Günü ilə əlaqədar olaraq "Vətən sağ olsun!" mövzusunda tədbir keçirilib. Tədbirdə şəhid ailələri, qazilər və muzey əməkdaşları iştirak ediblər.
Öncə Ümummilli Lider Heydər Əliyevin və müqəddəs torpaqlarımızın azadlığı uğrunda canını fəda edən Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra muzeyin direktoru Aytən Qasımova tədbiri giriş sözü ilə açaraq bildirib. "27 sentyabr tariximizin ən əlamətdar, ən müqəddəs günlərindən biridir. Bu gün Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarda dalğalandırmış, ölkənin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərinə, bütün şəhidlərinə dərin ehtiram əlaməti olaraq "Anım Günü" kimi qeyd edilir. Bizim igid oğullarımız 30 ildən sonra elə bir zəfər tarixi yazdılar ki, bütün dünyaya türkün gücünü, qüdrətini sübut etdilər. II Qarabağ müharibəsi 44 səhifəlik bir dastana döndü". Daha sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində yaradılan Sosial Xidmətlər Agentliyinin Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərlə iş şöbəsinin müdiri, eyni zamanda şəhid Toğrul Məmmədovun qardaşı Üzeyir Məmmədov öz çıxışında 44 günlük haqq savaşımızdan ətraflı söz açaraq vurğuladı ki, bu gün Azərbaycan Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə, digər şəhər və rayonlarımızda soyqırımları zamanı həlak olan günahsız insanların qisasını döyüş meydanında aldı, işğalçı Ermənistana layiq olduğu yeri göstərməklə öz tarixi torpaqlarını düşmən tapdağından azad etdi. Eyni zamanda şəhid baş leytenant Raqib Hüseynovun anası Rəna xanım, şəhid baş leytenant Sahil Məmmədovun anası Sahilə xanım və şəhid leytenant Vəli Quliyevin anası Həqiqət xanım çıxış edərək övladlarının şücaətindən fəxarətlə bəhs edib, onlarla bağlı xatirələrini paylaşıblar. Qeyd ediblər ki, belə tədbirlər şəhidlərimizin ruhuna ehtiram, ailələrinə mənəvi dəstək göstərmək və gənclərin qəhrəmanlarımızı daha yaxından tanıması, vətənpərvərlik ruhunda tərbiyəsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Sonra Vətən müharibəsi iştirakçısı, "Naxçıvan Qaziləri" İctimai Birliyinin sədri Cehun Bayramov çıxış edərək müasir Azərbaycan Ordusunun qüdrətindən, Vətən müharibəsində qəhrəmanlıq göstərən igid oğulların keçdiyi döyüş yolundan, dövlətimizin şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğıdan bəhs edib.
Tədbirin bədii hissəsində Xatirə Muzeyinin əməkdaşı və Naxçıvan Dövlət Universitetinin tələbəsi şəhidlərə və qazilərə həsr olunan şeirləri səsləndirib, sonda isə muzeyin ekspozisiyasına baxış olub.
Digər xəbərlər