NAXÇIVAN :

17 May 2025, Şənbə

2025-ci ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı

...

2025-ci ilin yanvar-aprel aylarında muxtar respublikada ümumi daxili məhsul istehsalı 475 milyon 460 min 400 manat olmuşdur ki, bu da  2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz çoxdur. Bu dövr ərzində əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı 0,8 faiz artaraq 1009,0 manat olmuşdur.

***

Cari ilin yanvar-aprel aylarında muxtar respublikada 162 milyon 315 min 900 manatlıq sənaye məhsulu istehsal edilmişdir ki, bu da 2024-cü ilin müvafiq dövründəki göstəricidən 6,0 faiz azdır. Sənaye məhsulunun 130 milyon 808 min 100 manatı və ya 80,6 faizi malların, 31 milyon 507 min 800 manatı və ya 19,4 faizi isə xidmətlərin payına düşmüşdür.

Sənaye məhsulunun 0,2 faizi mədənçıxarma, 76,7 faizi emal, 20,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 2,2 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur.

***

2025-ci ilin yanvar-aprel aylarında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 49 milyon 73 min 300 manat vəsait yönəldilmişdir ki, bu da bir il öncəki göstəricidən 34,5 faiz çoxdur.

Əsas kapitala vəsait qoyuluşunun 31  milyon 917 min  manatı və ya 65,0 faizi tikinti-quraşdırma işlərinin payına düşmüşdür ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 8,5 faiz çoxdur.

 

***

 

Cari ilin yanvar-aprel aylarında muxtar respublikada 59 milyon 479 min 500 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur ki, bunun da 4 milyon 253  min 800 manatı bitkiçilik sahəsi üzrə, 55 milyon 225 min 700 manatı isə heyvandarlıq sahəsi üzrə olmuşdur. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 1,1 faiz artmışdır.

***

2025-ci ilin yanvar-aprel aylarında muxtar respublikada nəqliyyat sektorunda 2 milyon 248 min 300 ton yük, 15 milyon 41 min 100 sərnişin daşınmışdır. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 0,8 faiz, sərnişin daşınması isə 0,7 faiz artmışdır.

***

Cari ilin yanvar-aprel aylarında informasiya və rabitə xidmətlərinin dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15,9 faiz artaraq  13 milyon 296 min 200 manat olmuşdur. Xidmətlərin 47,7 faizi mobil telefon rabitəsi sahəsində formalaşmışdır.

***

2025-ci ilin yanvar-aprel aylarında muxtar respublikada pərakəndə ticarət dövriyyəsi 447 milyon 129 min 500 manat təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,1 faiz çoxdur. Ticarət şəbəkəsində 230 milyon    718 min 800 manatlıq qida məhsulları, içkilər və tütün məmulatları, 216 milyon 410 min 700 manatlıq qeyri-qida məhsulları satılmışdır.

***

Naxçıvan Muxtar Respublikası üzrə əhalinin banklardakı əmanətlərinin məbləği bir il öncəyə nisbətən 49,0 faiz artaraq 2025-ci il aprel ayının 1-ə milli valyuta ekvivalentində 28 milyon 125 min 800  manat təşkil etmişdir. Əmanətlərin 93,8 faizi milli, 6,2 faizi xarici valyutada qoyulmuş, milli valyutada olan əmanətlərin məbləği əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 47,0 faiz, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 88,0 faiz artmışdır.

***

Cari ilin yanvar-aprel aylarında muxtar respublikanın xarici ticarət dövriyyəsi 39 milyon 825 min 70 ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 3 milyon 331 min 800 dollarını və ya 8,4 faizini ixrac olunmuş məhsulların, 36 milyon 493 min 270 dollarını və ya 91,6 faizini isə idxal məhsullarının dəyəri təşkil etmişdir. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi 14,8 faiz, o cümlədən ixrac 3,3 faiz, idxal isə 15,9 faiz artmışdır.

                                                             ***

2025-ci ilin yanvar-aprel aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 71 milyon 403 min 400 manat olmuşdur ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 9,1 faiz çoxdur.

                                                              ***

2025-ci ilin yanvar-mart aylarında muxtar respublikada orta aylıq nominal əməkhaqqı 817,8 manat olmuşdur ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 6,7 faiz çoxdur.

                                                              ***

1 aprel 2025-ci il tarixə muxtar respublikada əhalinin sayı bir il öncəyə nisbətən 2204 nəfər və ya 0,5 faiz artaraq 471265 nəfər olmuşdur.

 

Nəşr edilib : 16.05.2025 15:32