NAXÇIVAN :

29 Aprel 2026, Çərşənbə

2025-ci ilin ilk 11 ayında monitorinq perimetrinə aid 11 NMR dövlət qurumunda 17 kibermüdaxilə halı aşkarlanmışdır

...

2025-ci ilin 11 ayı ərzində AzStateNet şəbəkəsi üzrə 751 xüsusi hədəflənmiş APT kiberhücumu indikatoru aşkar edilib ki, onların 38%-i, yəni 283-ü daxili araşdırma və monitorinq, 62%-i, yəni 468-i isə dövlət qurumlarından daxil olan anomaliya hallarının tədqiqi ilə aşkar edilmişdir”. "Şərq qapısı" xəbər verir ki, bunu Naxçıvanda keçirilən "Dövlət qurumlarının informasiya təhlükəsizliyi rəhbərlərinin VII Zirvə toplantısı"nda Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin baş idarə rəisinin müavini Tural Məmmədov deyib. O bildirib ki, sadəcə, 2025-ci ilin ilk 11 ayında monitorinq perimetrinə aid 11 NMR dövlət qurumunda 17 kibermüdaxilə halı aşkarlanmışdır ki, onların  və fəsadların aradan qaldırılması istiqamətində dərhal müvafiq addımlar atılmışdır: “Biz bilirik ki, belə kiberhücum cəhdlərinin sayı AzStateNet şəbəkəsinə qoşulmayan NMR dövlət qurumlarında daha çox, nəticələri isə daha ağırdır”.

Nəşr edilib : 23.12.2025 12:29