Rusiyanın səfiri Ermənistan Xarici İşlər Nazirliyi...
15:42 15.01.2025
0
0
0
NAXÇIVAN :
15 Yanvar 2025, Çərşənbə
2024-cü ildəmuxtar respublikada ümumi daxili məhsul istehsalı 1 milyard 539 milyon514 min 500 manat olmuşdur ki, bu da ötən illə müqayisədə3,1 faiz çoxdur. Bu dövrdə əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı 2,5 faiz artaraq 3277,0 manat olmuşdur.
***
Ötən ilmuxtar respublikada 467 milyon 196 min300 manatlıq sənaye məhsulu istehsal edilmişdir ki, bu da 2023-cü ildəki göstəricidən8,2 faiz azdır. Sənaye məhsulunun 406 milyon 362 min 400 manatı və ya 87,0faizi malların, 60 milyon 833 min 900 manatı və ya 13,0 faizi isə xidmətlərin payına düşmüşdür.
Sənaye məhsulunun 0,2 faizi mədənçıxarma, 81,5 faizi emal, 16,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,4 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur.
***
2024-cü ildəiqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 270 milyon 573min 800 manat vəsait yönəldilmişdir ki, bu da bir il öncəki göstəricini62,3 faiz üstələyib.
İstifadə olunmuş vəsaitin 38 milyon 518 min 100 manatı və ya 14,3 faizi məhsul istehsalı sahələrinə, 40 milyon 940 min 200 manatı və ya 15,1 faizi xidmət sahələrinə, 191 milyon 115 min 500 manatı və ya 70,6 faizi isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur.
Əsas kapitala vəsait qoyuluşunun 230milyon 573 min 400 manatı və ya 85,2 faizi tikinti-quraşdırma işlərinin payına düşmüşdür ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 68,1 faiz çoxdur.
***
Ötən il muxtar respublikada 382 milyon 206min 200 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur ki, bunun da 208 milyon 673 min 100 manatı bitkiçilik sahəsi üzrə, 173milyon 533 min 100 manatı isə heyvandarlıq sahəsi üzrə olmuşdur. 2023-cü illə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 2,0 faiz, o cümlədən bitkiçilik məhsulları istehsalı 2,3 faiz, heyvandarlıq məhsulları istehsalı 1,6 faiz artmışdır.
***
2024-cü ildəmuxtar respublikada nəqliyyat sektorunda 7 milyon 151 min 200ton yük, 47 milyon 418 min200 sərnişindaşınmışdır. 2023-cü illə müqayisədə yük daşınması1,1 faiz, sərnişin daşınması isə 1,4 faiz artmışdır.
***
2024-cü ildəinformasiya və rabitə xidmətlərinin dəyəri əvvəlki illə müqayisədə 4,1 faiz artaraq 35milyon 763 min 100 manat olmuşdur. Xidmətlərin 46,0 faizi mobil telefon rabitəsi sahəsində formalaşmışdır.
***
Ötən ilmuxtar respublikada pərakəndə ticarət dövriyyəsi 1 milyard 212milyon 533min 800 manat təşkil etmişdir ki, bu daötən illə müqayisədə 1,3faiz çoxdur. Ticarət şəbəkəsində 623 milyon 242 min 400 manatlıq qida məhsulları, içkilər və tütün məmulatları, 589 milyon 291 min 400 manatlıq qeyri-qida məhsulları satılmışdır.
***
2024-cü ilin yanvar-noyabr aylarında muxtar respublikada fəaliyyət göstərən bank və bank olmayan kredit təşkilatları tərəfindən təsərrüfat subyektlərinə 366milyon 701 min 300 manat məbləğində kredit verilmişdir. Verilmiş kreditlərin 31 milyon 601 min 100 manatı və yaxud 8,6 faizi qısamüddətli, 335 milyon 100 min 200 manatı və yaxud 91,4 faizi uzunmüddətli kreditlər olmuşdur.
***
Naxçıvan Muxtar Respublikası üzrə əhalinin banklardakı əmanətlərinin məbləği bir il öncəyə nisbətən 51,1faiz artaraq 2024-cü il dekabr ayının 1-nə milli valyuta ekvivalentində 24 milyon 396 min500 manat təşkil etmişdir. Əmanətlərin 94,9 faizi milli, 5,1 faizi xarici valyutada qoyulmuş, milli valyutada olan əmanətlərin məbləği əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 51,8 faiz, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 39,1 faiz artmışdır.
***
Ötən il muxtar respublikanın xarici ticarət dövriyyəsi 125 milyon 622 min 70 ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 10 milyon 566 min 400 dollarını və ya 8,4 faizini ixrac olunmuş məhsulların, 115 milyon 55 min 670 dollarını və ya 91,6 faizini isə idxal məhsullarının dəyəri olub. 2023-cü illə müqayisədə xarici ticarət dövriyyəsi 13,7 faiz, o cümlədən ixrac 27,6 faiz, idxal 12,1 faiz azalmışdır.
***
2024-cü ildəəhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 185 milyon 871 min 600 manat olmuşdur ki, bu da 2023-cü illə müqayisədə 1,2 faiz çoxdur.
***
2024-cü ilin yanvar-noyabr aylarında muxtar respublikada orta aylıq nominal əməkhaqqı 772,6 manat olmuşdur ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 13,8 faiz çoxdur.
***
1 dekabr 2024-cü il tarixə muxtar respublikada əhalinin sayı bir il öncəyə nisbətən 2457 nəfər və ya 0,5 faiz artaraq 470808 nəfər olmuşdur.
Digər xəbərlər