Qadınlarla bağlı növbəti maarifləndirici tədbir ke...
22:06 21.04.2025
0
0
0
NAXÇIVAN :
22 Aprel 2025, Çərşənbə axşamı
31 dekabr dünyanın müxtəlif guşələrində yaşayan azərbaycanlıların birliyini və milli şüurunu təcəssüm etdirən bir gündür. Həmin gün Azərbaycan xalqının dünyanın istənilən yerində yaşayan nümayəndələrinin ölkəmizə və birliyimizə olan sadiqliyinin simvoludur. Bu əlamətdar gün həmrəylik və əməkdaşlıq ruhunu, Azərbaycan xalqının gücünü və milli birliyini dünyaya göstərmək məqsədi daşıyır.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qeyd edilməsi, yalnız ölkəmizin maraqlarının müdafiə edilməsi deyil, həm də Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin güclənməsinə xidmət edir. Azərbaycan diasporu fəaliyyət göstərdiyi ölkələrdə mədəniyyətimizi təbliğ edir, ölkəmizin imicini qoruyur və Azərbaycanın mövqeyinin beynəlxalq müstəvidə daha yaxşı təmsil olunmasına köməklik göstərir.
Ölkəmiz hər il olduğu kimi, bu il də birlik, həmrəylik bayramını yüksək əhvali-ruhiyyə, böyük uğurlarla qeyd edir. Arxada buraxdığımız 2024-cü il Naxçıvanın mədəniyyəti üçün də olduqca əlamətdar, yaddaqalan keçdi. Ən mühüm mədəni hadisələrdən biri, təbii ki, cari il fevralın 21-də Prezident cənab İlham Əliyevin Sərəncamına əsasən Ordubad Tarix-Memarlıq Qoruğunun ərazisinin “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğu elan edilməsi oldu. İl ərzində Sərəncamın icrasına əsasən müvafiq işlər həyata keçirildi. O cümlədən muxtar respublikanın 100 illiyi ilə əlaqədar ölkəmizin bir sıra regionlarında, eləcə də Naxçıvanda silsilə tədbirlər reallaşdırıldı, tamaşalar hazırlandı, konsert proqramları təqdim olundu. İnanırıq ki, 2025-ci il də dövlətimiz, xalqımız üçün uğurlu olacaq. Hər bir həmvətənimizə yeni ildə uğurlar arzulayıram.
Rza XUDİYEV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Digər xəbərlər