NAXÇIVAN :

23 Aprel 2026, Cümə axşamı

2018-2025-ci illərdə sosial sığorta daxilolmaları 3 dəfəyə yaxın artıb

...

Son illər məşğulluq imkanlarının, əməkhaqlarının, əmək müqavilələrinin sayının artımı Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda da davamlı artıma şərait yaradıb.
“Şərq qapısı” xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
2018-2025-ci illərdə Fonda daxil olan sosial sığorta haqları üzrə illik vəsait 3 dəfəyə yaxın artaraq 2,3 milyard manatdan 6,5 milyard manata çatıb.

Nəşr edilib : 01.02.2026 12:39