NAXÇIVAN :

29 Aprel 2026, Çərşənbə

20 sentyabr – suverenliyimizin ən uca zirvəsi

...

"Azərbaycan tarixində yeni mərhələ açan 20 sentyabr – Dövlət Suverenliyi Günü xalqımızın qürurla qeyd etdiyi ən əlamətdar günlərdən biridir. Bu tarix yalnız torpaqlarımızın işğaldan azad edilməsini deyil, həm də milli iradəmizin, dövlətimizin qüdrətinin təntənəsini ifadə edir".

Bu fikirləri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Xəzəngül Orucova KİV-ə açıqlamasında bildirib.

Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin 2024-cü il 18 sentyabr tarixli Sərəncamı ilə Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin günü təsis olunması tarixi ədalətin bərpasının əbədiləşdirilməsidir. “30 illik işğal, 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilmiş antiterror tədbirləri xalqımızın suverenliyə qovuşmasının yolunu açdı. Bu gün həmin zəfərin üzərində quruculuq, inkişaf və Böyük Qayıdış proqramı yüksəlir”, – deyə deputat qeyd edib.

Xəzəngül Orucova bildirib ki, azad edilmiş torpaqlarda həyata keçirilən layihələr – müasir şəhərsalma, körpülər, yollar, Qarabağ Universitetinin açılışı, səhiyyə müəssisələrinin istifadəyə verilməsi Azərbaycanın qurucu dövlət olduğunu göstərir. “Azərbaycan xalqı döyüş meydanında göstərdiyi qəhrəmanlığı bu gün quruculuq meydanında nümayiş etdirir. Qarabağ və Şərqi Zəngəzurda aparılan işlər analoqu olmayan bir nümunədir”, – deyə o əlavə edib.

Nəşr edilib : 17.09.2025 18:07