Azərbaycan və Rusiya FHN əməkdaşlığın genişləndiri...
23:15 25.11.2024
0
0
0
NAXÇIVAN :
26 Noyabr 2024, Çərşənbə axşamı
Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "20 sentyabr Dövlət Suverenliyi Günü" ilə əlaqədar 20 sentyabr 2024-cü il tarixdə Şərur Rayon İcra Hakimiyyətində tədbir keçirilib.
Əvvəlcə Ümummilli lider Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri giriş sözü ilə açan Şərur Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Müşfiq Əsədov ölkə Prezidenti İlham Əliyevin ötən gün imzaladığı Sərəncama əsasən hər il sentyabrın 20-nin Azərbaycan Respublikasında "Dövlət Suverenliyi Günü" kimi qeyd ediləcəyini vurğulayıb. 2023-cü il sentyabrın 19-20-də keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunduğunu və şanlı tariximizə ən parlaq səhifələr yazıldığını diqqətə çatdırıb.
Daha sonra Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurası Şərur rayon təşkilatının sədri Vidadi Süleymanov Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə başlanılan antiterror tədbirlərindən söz açıb. Bildirib ki, cəmi 23 saat davam edən və sentyabrın 20-də başa çatan, suverenliyimizin tam bərpası ilə yekunlaşan, separatizmə son qoyan lokal xarakterli antiterror tədbirlərindən bir il ötür. Qürurvericidir ki, bu gün Azərbaycanın Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanır.
Yekunda Şərur Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ceyhun Davıdov çıxış edərək qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüzün, suverenliyimizin xalqımızın milli sərvəti olduğunu bildirib, 20 sentyabr tarixinin Azərbaycanda "Dövlət Suverenliyi Günü" kimi qeyd edilməsinin qürurunu yaşadığını dilə gətirib. Həmçinin şəhid ailələrinə və qazilərə hər zaman göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildirib. Çıxışlarda ərazi bütövlüyünü tam bərpa edən suveren Azərbaycanın uğurlarının hələ irəlidə olduğu da diqqətə çatdırılıb.
Digər xəbərlər