“Müəllimlə tələbə, eyni zamanda dost olmalıdır...”...
11:38 26.11.2024
0
0
0
Sentyabrın 27-də Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı və dəstəyi ilə “Dəmir yumruğun gücü ilə Şuşadayıq” layihəsi çərçivəsində diaspor nümayəndələrinin Xankəndi və Şuşaya səfəri baş tutub.
Komitədən verilən məlumata görə, sayca 13-cü dəfə gerçəkləşən səfərdə dünyanın 16 ölkəsindən 50 diaspor nümayəndəsi iştirak edib.
Əvvəlcə Xankəndi şəhərinə səfər edən qonaqlar inzibati binanın qarşısında 27 Sentyabr – Anım Gününün 4-cü ildönümü münasibətilə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla anıblar. Vətən torpaqlarının azadlığına görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan Ordusuna təşəkkürlərini bildirən həmvətənlər şəhidlərimizə rəhmət diləyib, qazilərimizə cansağlığı arzulayıblar.
Sonra diaspor nümayəndələri Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya yola düşüb, burada Cıdır düzünü, Molla Pənah Vaqifin məqbərəsini, Yuxarı Gövhər Ağa məscidini, Gəncə qapısını, “Güllələnmiş heykəllər”in yerləşdiyi meydanı və digər görməli yerləri ziyarət ediblər. İştirakçılar Cıdır düzündə Azərbaycan Bayrağını dalğalandırıb, “Qarabağ Azərbaycandır!” şüarını səsləndiriblər. Kanadadan olan soydaşımız Səməd Purmusəvinin sazda canlı ifası böyük maraqla qarşılanıb və ziyarətçilərə duyğulu anlar yaşadıb.
Xankəndidə, Şuşada aparılan yenidənqurma və abadlıq işləri ilə yaxından tanış olan soydaşlarımız bu cür səfərlərin silsilə təşkilinə görə Azərbaycan dövlətinə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Komitə mütəmadi olaraq beynəlxalq ictimaiyyətin məlumatlandırılmasında böyük rol oynayan həmvətənlərimizin, xarici jurnalistlərin, alimlərin Şuşaya, eləcə də işğaldan azad edilmiş digər rayonlara səfərlərini təşkil edir.
Digər xəbərlər