NAXÇIVAN :

05 Fevral 2025, Çərşənbə

12 dekabr – Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş inşa-yazı müsabiqəsi keçirilib

...

Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən “Ulu Öndərin əbədi işığı” adlı müsabiqənin təşkil olunmasında əsas məqsəd Ümummilli Lider Heydər Əliyev irsinin və Azərbaycançılıq məfkurəsinin yeniyetmə və gənclər arasında geniş təbliğ edilməsi və şagirdlərin istedadlarının üzə çıxarılması olmuşdur.
Müsabiqənin yekununa əsasən Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbin X sinif şagirdi İnci Əliyeva həvəsləndirici yerin, 4 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Şəhrazad Qədimli III, 16 nömrəli tam orta məktəbin XI sinif şagirdi Nəzifə Qədimova II, 11 nömrəli tam orta məktəbin IX sinif şagirdi Nuray Əsədli isə I yerin qalibi olub.
Sonda müsabiqə qalibləri mükafatlandırılıb.

Nəşr edilib : 09.12.2024 19:01