NAXÇIVAN :

22 Noyabr 2024, Cümə

103 yaşlı həmişəcavanımız

...

Hörmətli “Şərq qapısı” qəzetinin kollektivi, sizi Almaniyadan salamlayıram. 
“Şərq qapısı” qəzeti hər bir naxçıvanlının yaddaşında xüsusi yerə malikdir. Bu qəzet daim Naxçıvan ziyalılarının bilik mənbəyi, həyat güzgüsü olub və bir əsrdən çoxdur ki, bu xalqa xidmət edir; Azərbaycan mətbuatına bir çox töhfələr verir. Gənclərə daim qucaq açır. Naxçıvanın ən çətin günlərində, informasiya blokadasına alındığımız vaxtlarda bu qəzet vasitəsilə səsimizi duyura bildik. 1990-cı illərdə, Sədərəkdə qızğın döyüşlər gedən vaxtlarda Ulu Öndər Heydər Əliyevin səyləri nəticəsində qəzetin  nüsxələri paytaxt Bakıya göndərildi. Həmin günlərdə Naxçıvan sakinlərinin tək məlumat bazası bu qəzet idi.  
İndi hər bir dövlət, xalq öz milli xüsusiyyətlərini, milli-mənəvi dəyərlərini qorumağa, bəşəriləşdirməyə çalışır. Çünki bunu etməsə, bir millət kimi sıradan çıxa bilər. Qloballaşan dünyada bir millət kimi qala bilməyimizin formulları məhz bunda təcəssüm olunur. Milli-mənəvi ideyaları kökə, genə, yaddaşa qaytarmaq, məhvərindən çıxmış çağdaş dünyada gənc nəsli milli-mənəvi unutqanlıqdan çəkindirmək jurnalistlərin müqəddəs borcudur. Bu yolda hər birinizə uğurlar arzu edir, qəzetin 103 yaşı münasibətilə sizi təbrik edirəm.

 Naibə HACIYEVA 
Almaniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri 

 

Nəşr edilib : 22.11.2024 13:34