Президент Азербайджана Ильхам Алиев принял делегац...
14:43 02.12.2024
0
0
0
NAXÇIVAN :
02 Dekabr 2024, Bazar ertəsi
Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyi ilə əlaqədar “100 ilin ictimai-siyasi fəal qadını” layihəsi davam edir. Layihə çərçivəsində Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi həyatında fəal iştirak etmiş Dilarə Ələkbərova ilə görüş keçirilib. Görüşdə Dilarə Ələkbərovanın keçdiyi həyat yoluna nəzər salınıb, onun uzunmüddətli səmərəli fəaliyyətindən danışılıb, veteranın ömür yolunun bugünkü gənclik üçün örnək olduğu bildirilib. Dilarə Ələkbərova Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova tərəfindən səmərəli fəaliyyətinə görə təltif olunub, Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova tərəfindən hədiyyə təqdim edilib.
Qeyd edək ki, Ələkbərova Dilarə Zülfüqar qızı 1939-cu ildə Şahbuz şəhərində anadan olub, 1962-1966-cı illərdə Araz Su Elektirik Stansiyasında rabitəçi, 1973-1977-сі illərdən Vilayət Partiya Komitəsində rabitəçi, 1978-1983-cü illərdə Vilayət Partiya Komitəsi Həmkarlar İttifaqı Şurasının katibi, 1983-1988-ci illərdə 2-ci çağırış Naxçıvan MSSR Ali Sovetinin deputatı kimi fəaliyyət göstərib.
O, Naxçıvan Vilayət Partiya Komitəsinin katibi, 1989-cu ildən 2004-cü ilədək Naxçıvan Muxtar Respublikası Dövlət Təbiəti Mühafizə Komitəsinin sǝdri, 5 il isə həmin komitədə sektor müdiri vəzifəsində çalışıb.
Dilarə Ələkbərova ona göstərilən dövlət qayğısına görə minnətdarlığını bildirib.
Bülbül QULİYEVA
Digər xəbərlər