NAXÇIVAN :

03 May 2026, Bazar

Ziyafət Əsgərov: Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji kurs regionların davamlı inkişafı üçün fundamental baza yaradıb

...

Heydər Əliyevin rəhbərliyi dövründə həyata keçirilən dövlət quruculuğu prosesi yalnız mərkəzi idarəetmənin gücləndirilməsi ilə məhdudlaşmayıb, eyni zamanda, yerli özünüidarəetmə institutlarının inkişafına da xüsusi diqqət yetirilib. Onun siyasi kursunun əsas istiqamətlərindən biri demokratik dəyərlərin möhkəmləndirilməsi, vətəndaşların idarəetmədə iştirak imkanlarının genişləndirilməsi olub. Bu sahədə qəbul edilmiş fundamental hüquqi sənədlər, qanunvericilik aktları və strateji proqramlar uzunmüddətli inkişafın möhkəm təməlini qoyub.

"Şərq qapısı" xəbər verir ki, bu sözləri Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov parlamentdə keçirilən “Azərbaycanda regionların, yerli demokratiyanın və özünüidarəetmənin inkişafında Heydər Əliyev irsi” mövzusunda konfransda çıxışı zamanı deyib.

O bildirib ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf kursu Azərbaycanda yerli demokratiyanın formalaşması, özünüidarəetmə prinsiplərinin bərqərar olması və regionların davamlı inkişafı üçün fundamental baza yaradıb.

Bu gün Azərbaycanda əldə olunan sosial-iqtisadi nailiyyətlər, regionların inkişafı və demokratik idarəetmə institutlarının möhkəmlənməsi məhz bu möhkəm təməl üzərində qurulub və gələcək inkişaf üçün etibarlı zəmin yaradır. Ümummilli Lider Heydər Əliyev irsi yalnız keçmişin deyil, həm də gələcəyin inkişaf yolunu müəyyən edən mühüm bir strateji istiqamətdir.

Nəşr edilib : 23.04.2026 12:24