NAXÇIVAN :

02 May 2026, Şənbə

Culfa rayonunda kanaldan meyit aşkarlanıb

...

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Culfa rayonu, Yaycı kəndi ərazisində kanalda meyit aşkarlanması ilə bağlı məlumat daxil olub.
"Şərq qapısı" xəbər verir ki, məlumatla əlaqədar əraziyə dərhal FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri cəlb olunub. 
Həyata keçirilən tədbirlər nəticəsində kanalda aşkar olunan meyit (qadın cinsli) sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Nəşr edilib : 02.05.2026 15:36