Naxçıvanda sertifikatlaşdırma imtahanında 6 müəlli...
20:42 02.05.2026
0
0
0
Naxçıvanda sertifikatlaşdırma prosesinin ikinci dövriyyəsi üzrə keçirilən test imtahanının ilk gününün nəticələri məlum olub. İmtahanda iştirak edən 753 təhsilverəndən 352-si, yəni 46,7 faizi 51-60 bal aralığında nəticə göstərib.
“Şərq qapısı” xəbər verir ki, ümumilikdə, imtahana cəlb olunan 760 müəllimdən 753-ü iştirak edib ki, bu da 99 faiz iştirak göstəricisi deməkdir.
Qeyd edək ki, sertifikatlaşdırma prosesi çərçivəsində 6 namizəd maksimum nəticə – 60 bal toplayaraq ən yüksək göstəriciyə nail olub.
Məlumat üçün bildirək ki, mayın 3-də isə riyaziyyat, kimya və biologiya fənləri üzrə 612 təhsilverənin test imtahanında iştirakı nəzərdə tutulur.
Digər xəbərlər