Naxçıvanda sertifikatlaşdırma imtahanında 352 müəl...
21:55 02.05.2026
0
0
0
Aprelin 27-də Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Şahbuz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Uşaqların söz haqqı və ünsiyyət hüququ mediasiya platformasında” mövzusunda tədbir keçirilib.
“Şərq qapısı” xəbər verir ki, tədbirdən əvvəl Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə açılış nitqi ilə çıxış edən Şahbuz Rayon İcra Hakimiyyətinin əməkdaşı Ülvi Əliyev mövzunun əhəmiyyətindən bəhs edib.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Eltun Həziyev çıxış edərək mediasiya platformasının ailədaxili mübahisələrin qarşısının alınmasında, valideyn və uşaqlar arasında sağlam münasibətlərin qorunmasında mühüm vasitə olduğunu bildirib.
Daha sonra Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi, hüquqşünas Pərvin Yaqublu mövzu ətrafında çıxış edib, belə maarifləndirici tədbirlərin əhəmiyyətindən danışılıb..
Digər xəbərlər