NAXÇIVAN :

20 Aprel 2026, Bazar ertəsi

Tramp Yaxın Şərq Sülh Sammitində Azərbaycanla Ermənistan arasında münaqişənin həllindən danışıb

...

Biz Ermənistanla Azərbaycan arasında müharibəni dayandırdıq.
"Şərq qapısı" xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Yaxın Şərq Sülh Sammitində bəyanatla çıxış edərkən deyib.
O, Ağ Evdə Azərbaycan və Ermənistan liderləri ilə avqustun 8-də keçirilmiş görüşü xatırladıb. “Onlar 31 il vuruşdular. Oval Ofisdə bir-birinə əks tərəfdə oturmuşdular. Bir saatı bitirdiyimiz zaman hər ikisi bir-birini qucaqlayırdı. İndi də onlar dostdurlar və çox gözəl anlaşırlar. Ona görə də hər ikinizə təşəkkür etmək istəyirəm. Bu, həqiqətən inanılmazdır”, - deyə Tramp əlavə edib.

Nəşr edilib : 13.10.2025 21:48