Naxçıvanda sertifikatlaşdırma imtahanında 352 müəl...
21:55 02.05.2026
0
0
0
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarət Xidməti və Naxçıvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Suların istifadəsi və mühafizəsi" mövzusunda maarifləndirmə tədbiri keçirilib.
“Şərq qapısı” xəbər verir ki, tədbirdə Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin 14 saylı Naxçıvan Regional Bölməsinin rəisi Səttar Nəsirov, Naxçıvan Şəhər İcra Hakimiyyətinin sektor müdiri İqbal Allahverdiyev, yerli idarə və müəssisə rəhbərləri, icra nümayəndələri, bələdiyyə sədrləri və vətəndaşlar iştirak ediblər.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasında yeni yaradılan Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin 14 saylı Naxçıvan Regional Bölməsinin nümayəndələri xidmətin fəaliyyəti barədə məlumat veriblər.
Su və su təsərrüfatı obyektlərindən qanunvericiliyə uyğun istifadənin vacibliyi, iqlim dəyişikliklərinin su ehtiyatlarına təsiri diqqətə çatdırılıb.
Suyun qorunması, səmərəli istifadəsi, əhalinin təmiz su ilə təmin olunması, israfçılığın qarşısının alınması və gələcək nəsillər üçün dayanıqlı su təminatının yaradılmasının əhəmiyyəti tədbir iştirakçıları tərəfindən xüsusi vurğulanıb.
Digər xəbərlər