“Peşəkar bələdçi” təlimi başa çatıb
13:17 18.06.2025
0
0
0
NAXÇIVAN :
18 Iyun 2025, Çərşənbə
İyunun 17-də Qars şəhərində Türkiyə ilə Azərbaycan arasında sərhəd bölgələrinin iqtisadi əməkdaşlığının dərinləşdirilməsinə həsr olunmuş forum keçirilib.
"Şərq qapısı" xəbər verir ki, Azərbaycanın “Konstitusiya və Suverenlik İli”nə həsr olunan tədbirdə ölkəmizin Türkiyədəki səfiri Rəşad Məmmədov, Qarsdakı baş konsul Zamin Əliyev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Qars valisi Ziya Polat, Qars Bələdiyyəsinin rəhbəri Ötüken Senger, qardaş ölkənin sərhəd vilayətlərindən olan ticarət-sənaye palatalarının rəhbərləri və sahibkarlar, o cümlədən Qars, Ərdəhan, İğdır, Ağrı və Ərzurumdan olan iş adamları iştirak ediblər.
Qars Ticarət və Sənaye Palatasının dəstəyi ilə təşkil olunan forumun əsas məqsədi Türkiyə və Azərbaycanın sərhədyanı bölgələri arasında biznes dialoqu üçün platforma yaratmaq, yeni iqtisadi imkanlar barədə məlumat vermək olub.
Səfir Rəşad Məmmədov çıxışında “Bir millət, iki dövlət” prinsipi əsasında qurulmuş Türkiyə-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayıb. O bildirib ki, Azərbaycan daim Türkiyənin dəstəyini hiss edib və bu gün də Türkiyə xalqının yanındadır.
Diplomat Türkiyə şirkətlərinin işğaldan azad edilmiş ərazilərin bərpasında fəal iştirak etdiyini və ümumilikdə Azərbaycan iqtisadiyyatına yönəlmiş böyük həcmdə sərmayələri xatırladıb. R.Məmmədov yaxın illərdə investisiyaların daha da artacağını bildirib.
KOBİA-nın sədri Orxan Məmmədov isə öz növbəsində vurğulayıb ki, Bakı və Ankara arasında yüksək səviyyəli siyasi dialoq iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin genişlənməsinə güclü stimul verir. O, Türkiyənin Azərbaycanın aparıcı ticarət tərəfdaşlarından olduğunu qeyd edib və ölkəmizdə sahibkarlığın dəstəklənməsi mexanizmləri barədə məlumat verib.
Qars valisi Ziya Polat forum iştirakçılarını yeni əlaqələr qurmağa və qarşılıqlı faydalı layihələrin reallaşdırılmasında fəallıq göstərməyə səsləyib, sahibkarlara dəstək və əməkdaşlığa hazır olduqlarını bildirib.
Forum çərçivəsində iqtisadi əlaqələrin dərinləşdirilməsi, təcrübə mübadiləsi və yeni investisiya imkanları ətrafında müzakirələr aparılıb.
Digər xəbərlər