Prezident İlham Əliyevin adından İtaliya Nazirlər ...
21:46 04.05.2026
0
0
0
“Azərbaycan Mədəniyyəti – 2040” konsepsiyası və ölkə başçısının mədəniyyətin inkişafına dair müvafiq sərəncamlarının icrası çərçivəsində Gəncə Dövlət Kukla Teatrı Naxçıvana qastrol səfəri edib. Qonaq kollektiv Naxçıvan Dövlət Kukla Teatrı səhnəsində ingilis xalq nağılı əsasında hazırlanmış “Üç donuz balası” tamaşasını uğurla nümayiş etdirib.
Balaca tamaşaçıların böyük marağına səbəb olan səhnə əsəri alqışlarla qarşılanıb və gün ərzində təqdim olunan tamaşa yüksək əhvali-ruhiyyə yaradıb.
"Şərq qapısı" xəbər verir ki, qastrol səfəri çərçivəsində Naxçıvan Dövlət Kukla Teatrının direktoru Səyyad Məmmədov tərəfindən Gəncə teatrının aktyor heyətinə diplomlar təqdim olunub. Eyni zamanda Gəncə Dövlət Kukla Teatrının baş rejissoru Şamil Məmmədov xatirə hədiyyəsi ilə təltif edilib.
Qarşılıqlı mədəni əməkdaşlığın göstəricisi olaraq Şamil Məmmədov da Naxçıvan Dövlət Kukla Teatrına xatirə hədiyyələrini təqdim edib.
Qeyd edək ki, bu kimi qastrol səfərləri ölkə başçısı İlham Əliyev tərəfindən imzalanmış mədəniyyət sahəsinin inkişafına dair sərəncamların ruhuna uyğun olaraq həyata keçirilir və ölkəmizdə teatrlararası əlaqələrin genişlənməsinə, milli-mənəvi dəyərlərin təbliğinə mühüm töhfə verir.
Digər xəbərlər