NAXÇIVAN :

05 May 2026, Çərşənbə axşamı

Naxçıvanda 60 yaşdan yuxarı müəllimlər sertifikasiya imtahanında uğur qazanıblar

...

“Şərq qapısı” xəbər verir ki, Naxçıvanda sertifikatlaşdırma prosesinin ikinci dövriyyəsi üzrə keçirilən test imtahanlarında bir qrup 60 yaşdan yuxarı müəllimimiz öz arzusu ilə iştirak edərək yüksək nəticə göstəriblər.
Təhsilverənlərimiz bir daha sübut ediblər ki, müəllimlik peşəsi yalnız bilik deyil, həm də ömürboyu davam edən inkişaf yoludur.
İllərin təcrübəsinə malik bu təhsilverənlər müasir qiymətləndirmə mərhələsində də fəallıq göstərərək həm peşəkarlıqlarını təsdiqləyir, həm də gənc nəsil müəllimlər üçün nümunə olublar. Onların əldə etdiyi yüksək nəticələr təhsildə davamlı öyrənmənin, yeniliklərə açıq olmağın və peşəyə bağlılığın bariz göstəricisidir.
Müəllimlərimizin bu uğuru, eyni zamanda təhsil ictimaiyyətində motivasiya yaradır, yaşından asılı olmayaraq, hər bir təhsilverən öz üzərində çalışmaqla uğur qazana bilər. Bu cür nümunələr təhsil sistemində keyfiyyətin yüksəldilməsinə və müəllim nüfuzunun daha da möhkəmlənməsinə mühüm töhfə verir.

Nəşr edilib : 04.05.2026 21:41