Naxçıvanda sertifikatlaşdırma imtahanında 352 müəl...
21:55 02.05.2026
0
0
0
Bu gün Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən istehsalat təcrübəsi keçən tələbələrin iştirakı ilə Şərur rayonunun Aşağı Daşarx kəndində “Milli-mənəvi dəyərlər kontekstində ailə daxilində qadın hüquqlarının qorunması” mövzusunda maarifləndirici tədbir keçirilib.
“Şərq qapısı” xəbər verir ki, tədbiri giriş sözü ilə Şərur Rayon İcra Hakimiyyəti başçısının müavini Aysel Zeynalabdinova açaraq cəmiyyətin formalaşmasında qadınların rolundan danışıb.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aytən Məmmədova çıxış edərək Azərbaycan qadınlarının bu gün ölkəmizdə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda, demokratik dəyərlərin inkişafında fəal iştirak etdiyini bildirib.
Daha sonra Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin əməkdaşı Nərmin Quliyeva, Şərur rayon Aşağı Daşarx kənd tam orta məktəbinin direktoru Gültəkin Mustafayeva, Şərur Rayon Dini İcmasının sədri, axund Tahir Heydərzadə, Daşarx bələdiyyəsinin sədri Gülçin Cəlalova və digərləri mövzu ətrafında çıxış ediblər.
Qeyd edək ki, tədbirdə komitədə istehsalat təcrübəsi keçən tələbələr də iştirak edib.
Digər xəbərlər