NAXÇIVAN :

05 May 2026, Çərşənbə axşamı

Prezident İlham Əliyev: “Böyük Qayıdış” Proqramını həyata keçirdiyimiz bir vaxtda qardaş ölkələrin köməyi xüsusilə dəyərlidir

...

Bu gün Qarabağın, Şərqi Zəngəzurun dirçəldiyi, infrastruktur obyektlərinin, evlərin, ictimai binaların tikildiyi bir vaxtda, ilk növbədə, hər bir layihədə məktəb, uşaq bağçası, körpələr evi, tibb məntəqələri planlaşdırırıq. Bunlarsız normal həyat ola bilməz.
“Şərq qapısı” xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Ağdam rayonunun Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışında sakinlərlə görüşündə deyib.
Dövlətimizin başçısı bildirib: “Əlbəttə, bizim uğurla reallaşdırdığımız “Böyük Qayıdış” Proqramını həyata keçirməli olduğumuz bir vaxtda qardaş ölkələrin köməyi xüsusilə dəyərlidir. Bu, qırğız xalqının qəlbindən, ürəyindən gələn köməkdir”.

Nəşr edilib : 03.07.2025 19:31