NAXÇIVAN :

05 May 2026, Çərşənbə axşamı

Türkiyənin Dil və Sistem Fondunun sədri: Heydər Əliyevin irsi yalnız keçmişin deyil, həmçinin gələcəyin yol xəritəsidir

...

Bu gün biz aramızda cismən olmayan, lakin ideyaları və irsi ilə yaşayan bir insanın anadan olmasının 103-cü ildönümünü qeyd etmək üçün toplaşmışıq. İnsan yalnız adı son dəfə çəkildikdə unudular və həqiqi mənada həyatdan köçər. Heydər Əliyev isə adı daim çəkilən, düşüncələri ilə yaşayan nadir şəxsiyyətlərdəndir.

"Şərq qapısı" xəbər verir ki, bu fikirləri Türkiyənin Dil və Sistem Fondunun sədri Burak Eke “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” IX beynəlxalq elmi konfransında deyib. O bildirib ki, Ulu Öndər Heydər Əliyev yalnız elm adamlarının yetişdirilməsinə dəstək verməklə kifayətlənməyib: “Kitabi-Dədə Qorqud” əsəri əsrlərdir yaşayan bir mirasdır. Lakin Heydər Əliyev yalnız bu irsi qorumaqla kifayətlənməyib, eyni zamanda, onun müasir elmlə əlaqələndirilməsinə töhfə verib.

Xüsusilə “Kitabi-Dədə Qorqud” və qeyri-səlis məntiq yanaşmasının vəhdəti həm mədəniyyətin, həm də riyazi düşüncənin bir araya gətirilməsinin bariz nümunəsidir. Bu, keçmişlə gələcək arasında qurulan intellektual körpüdür”.

Burak Eke qeyd edib ki, Heydər Əliyev, eyni zamanda, xaricdə yaşayan görkəmli azərbaycanlı alimlərin, o cümlədən Lütfi Zadə kimi dahi şəxslərin Azərbaycanla bağlarının möhkəmlənməsinə nail olub: “Bu yanaşma Azərbaycanın elmi potensialının qlobal səviyyədə tanınmasına ciddi təsir göstərib.

Heydər Əliyevin elmə, təhsilə və strateji düşüncəyə verdiyi önəm daha aydın görünür. Onun irsi yalnız keçmişin deyil, həmçinin gələcəyin yol xəritəsidir”.

Nəşr edilib : 05.05.2026 12:36