Həftəsonu 85 cinayətin açılması təmin olunub...
11:28 20.04.2026
0
0
0
Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Ordubad rayonunun Sabirkənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Ordubad Rayon İcra Hakimiyyətinin və yerli icra nümayəndəliyinin iştirakı ilə şəhərsalma nəzarəti çərçivəsində "Qanunsuz tikililərlə mübarizə" mövzusunda birgə tədbir keçirilib.
"Şərq qapısı" xəbər verir ki, tədbir zamanı şəhərsalma nəzarətinin əsas norma və qaydaları, qanunsuz tikililərin qarşısının alınması, bu sahədə aidiyyəti qurumlar arasında əməkdaşlığın gücləndirilməsi və gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə ətraflı məlumat verilib. Komitənin əməkdaşı Elnur Quliyev mövzu ilə bağlı çıxış edərək şəhərsalma qanunvericiliyinin tələblərini diqqətə çatdırıb, bu sahədə institusional əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb və gələcək fəaliyyət istiqamətləri müzakirə olunub.
Digər xəbərlər