Naxçıvanda sertifikatlaşdırma imtahanında 352 müəl...
21:55 02.05.2026
0
0
0
ABŞ-ın vitse-prezidentinin səfəri Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması kimi misli görünməmiş reallıqlar kontekstində baş verir. “Şərq qapısı”nın məlumatına görə, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan ABŞ-ın vitse-prezidenti Ceyms Devid Venslə görüşdən sonra keçirilən mətbuat konfransında deyib. O avqustun 8-də Vaşinqtonda keçirilmiş tarixə görüşə görə, ona və Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa minnətdarlığını bildirib. “Prezident Trampın şəxsi iştirakı ilə Ermənistan və Azərbaycan arasında sülh bərqərar oldu. Vaşinqton Sülh Sammitindən sonra Prezident İlham Əliyev və mən birgə məktubla Prezident Trampı Nobel Sülh Mükafatına namizəd göstərdik və ümid edirəm ki, Prezident 2026-cı ildə bu mükafatı alacaq. Vitse-prezident Vensin səfəri sülh və Ermənistan-ABŞ strateji tərəfdaşlığının genişləndirilməsində mühüm addımdır”.
Digər xəbərlər