Romada “Şəhərsalma və Memarlıq İli” çərçivəsində k...
22:32 29.04.2026
0
0
0
NAXÇIVAN :
29 Aprel 2026, Çərşənbə
Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin professor-müəllim heyəti və tələbələri NDU ilə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı arasında mövcud olan müqavilə əsasında Tədris Simulyasiya Mərkəzində olublar. Heyət öncə Tədris-Simulyasiya Mərkəzi ilə yaxından tanış olub. Mərkəzdə praktiki təlim və bacarıqların səviyyəsinin qiymətləndirilməsi məqsədi ilə mövcud ən müasir texnologiyalar və şərait haqqında məlumatlar verilib.
Mərkəzin rəhbəri tibb üzrə fəlsəfə doktoru Zəhra Vəzirova NDU-nun heyətinə mərkəzin fəaliyyəti və mərkəzin endoskopiya, USM, ginekologiya, reanimasiya, xəstəyə qulluq və təcili yardım otaqlarında robot-simulyatorlar üzərində tələbələrin apardıqları manipulyasiyalar barədə danışıb. Eyni zamanda bütün ixtisaslarda tibb mütəxəssislərinin hazırlanması, orta və kiçik tibb personalının ixtisas bacarıqlarına yiyələnməsi, fərdi praktik vərdişlərin öyrədilməsi və təkmilləşdirilməsi, həmçinin yeni bacarıqların əldə edilməsi istiqamətində aparılan işlərdən bəhs olunub.
Tədris-Simulyasiya Mərkəzində müasir avadanlıqlarla işləyən tələbələr komanda bacarıqları əldə edərək fövqəladə hallarda lazımlı qərar verməyi öyrənirlər. Dərslər mərkəzin müəllimləri Rusiya və Azərbaycanın aparıcı klinikalarının xüsusi təlim keçmiş həkimləri tərəfindən keçirilir. Eləcə də xarici ölkələrin səhiyyə mütəxəssislərinin zəngin təcrübəsindən yararlanaraq beynəlxalq standartlara uyğun təlim proqramları da təşkili edilir.
NDU-nun Tibb fakültəsinin tələbələri, rezidentləri və həkimlərin praktik bacarıqlarını artırmaq, eləcə də simulyasiya təlimindən istifadə edərək müxtəlif tibb peşələri üzrə mütəxəssislərin ixtisaslarını artırmaq üçün bu əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir.
Qeyd edək ki, Tədris Simulyasiya Mərkəzində məzunların akkreditasiyası da aparılır.
Digər xəbərlər