NAXÇIVAN :

03 May 2026, Bazar

Naxçıvanın qaz infrastrukturunda yenidənqurma işləri görülür

...

"Bildiyiniz kimi, hazırda yerləşdiyimiz ərazi Naxçıvan şəhərinin Bulqan kəndidir. Arxa planda gördüyünüz qaztənzimləyici şkaf uzun illər əvvəl quraşdırılıb. Hazırda həmin şkafın yenisi ilə əvəz olunması işləri aparılır".

"Şərq qapısı" xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Naxçıvan Regional Qaz İstismarı İdarəsinin baş mühəndisinin vəzifələrini icra edən Ceyhun Abışov deyib.

O qeyd edib ki, bu ərazidə 200-ə yaxın fərdi yaşayış evi təbii qazla təmin olunur. Abunəçilərin dayanıqlı və təhlükəsiz qazla təmin olunması məqsədilə yeni şkafın quraşdırılması həyata keçirilir. Bu xüsusilə qış mövsümündə əhalinin təbii qaza olan tələbatının tam şəkildə ödənilməsinə xidmət edəcək.

"Bildiyiniz kimi, artıq qış mövsümü başa çatıb. Hazırda Naxçıvan Regional Qaz İstismar İdarəsi tərəfindən Tədbirlər Planı icra olunur. Belə ki, muxtar respublikanın digər rayonlarında və xidmət ərazilərində yenidənqurma işlərinə başlanılıb. Korroziyaya uğramış polad boruların yenisi ilə əvəz olunması işləri davam etdirilir. Həmçinin köhnə və nasaz qaztənzimləyici şkafların yenilənməsi istiqamətində işlər tərəfimizdən davam etdirilir", – deyə Ceyhun Abışov əlavə edib.

Nəşr edilib : 23.04.2026 10:19