TÜRKPA-nın yeni Baş katibinin adı açıqlanıb
23:24 12.06.2025
0
0
0
Cari ilin yanvar-may ayları ərzində Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 96 milyon manata yaxın vergi daxil olub.
Dövlət Vergi Xidmətindən "Şərq qapısı"na bildirilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 22,6 faiz və ya 17,7 milyon manat çoxdur.
Qeyri-dövlət sektorundan daxilolmalar 64,1 milyon manat təşkil edib. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 13,6 milyon manat və ya 26,9 faiz artıb.
Ödənilən vergilərin 66,8 faizi qeyri-dövlət sektorunun, 33,2 faizi isə dövlət sektorunun payına düşüb.
Digər xəbərlər