Naxçıvanda sertifikatlaşdırma imtahanında 352 müəl...
21:55 02.05.2026
0
0
0
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "Şərq qapısı"na verilən məlumata əsasən yanvarın 19-u muxtar respublika ərazisində qarlı və şaxtalı hava şəraiti davam edir.
Qar örtüyünün hündürlüyü Ordubad rayonunun yüksək dağlıq ərazilərində (3000 m) 61, Parağaçay Qar Uçqunu Stansiyasında (Ordubad) 24, Biçənəkdə (Şahbuz) 35, Sədərəkdə 4, Kəngərlidə 4, Şərurda 5, Axurada (Şərur) 7 sm-dir.
Naxçıvan şəhərinə isə günün ikinci yarısı qar yağacağı ehtimal olunur.
Havanın temperaturu Naxçıvan Muxtar Respublikasında 11 dərəcəyədək şaxta qeydə alınıb. Muxtar respublika ərazisində qarlı hava şəraitinin yanvarın 21-dək fasilələrlə davam edəcəyi gözlənilir.
Digər xəbərlər