NAXÇIVAN :

03 May 2026, Bazar

Naxçıvanda qarın hündürlüyü 61 sm-ə çatıb

...

Muxtar respublika ərazisində yağıntılı hava şəraiti davam edir. Bəzi dağlıq ərazilərdə sulu qar və qar yağır, duman müşahidə olunur.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən “Şərq qapısı”na verilən məlumata əsasən Şərur, Şahbuz və Ordubad rayonlarının yüksək dağlıq ərazilərinə qar yağır.
Qarın hündürlüyü Ordubad rayonun yüksək dağlıq ərazilərində (3000 m) 61, Parağaçay Qar Uçqunu Stansiyasında (Ordubad) 27, Küküdə (Şahbuz) 44,  Biçənəkdə 39, Axurada (Şərur) 7 sm qeydə alınıb.

Nəşr edilib : 15.01.2026 11:14