NDU-nun rektoru və nümayəndə heyəti Türkiyənin Qaz...
20:45 30.04.2025
0
0
0
NAXÇIVAN :
30 Aprel 2025, Çərşənbə
Aprelin 30-da Sahibkarlar Gününə və 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Konstitusiya və Suverenlik – Naxçıvanda sahibkarlığın inkişafı” mövzusunda keçirilən konfransda “İnvest in Nakhchivan” veb-səhifəsinin təqdimatı keçirilib.
“Şərq qapısı” xəbər verir ki, təqdimat zamanı Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin əməkdaşı Elşən Cəfərli “2023-2027-ci illər üçün Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı"nda nəzərdə tutulan "Invest in Nakhchivan" veb-səhifəsinin hazırlanması istiqamətində reallaşdırılan 'nakhinvest.az' portalının əsas məqsədinin Naxçıvanın investisiya potensialını tanıtmaq, investorları məlumatlandırmaq və investisiya cəlbini təşviq etmək olduğunu bildirib.
Qeyd edilib ki, portal bir neçə bölmədən ibarətdir. Burada muxtar respublikanın iqtisadiyyatı haqqında, investisiya mühiti, investorlar üçün təşviqlər və dəstək tədbirləri, qüvvədə olan normativ-hüquqi qanunvericilik aktları, sahibkarlıq fəaliyyətinə necə başlamaq, iqtisadiyyatın sektorları üzrə investisiya imkanları, həmçinin hazır investisiya layihələri, özəlləşdirilməyə çıxarılan müəssisələr və sahələr üzrə təklif olunan layihələr haqqında məlumat verilib.
Həmçinin muxtar respublikada yaradılmış və yaradılması nəzərdə tutulan sənaye məhəllələri, sənaye parkları və iqtisadi zonalar və orada tətbiq edilən güzəştlər haqqında məlumatlar da yerləşdiriləcəkdir.
Bildirilib ki, portalı ziyarət edən sahibkarlar və investorlar öz təkliflərini də paylaşmaq imkanı əldə edəcəklər. Təqdim olunmuş investisiya layihələri qiymətləndiriləcək, onun texniki əsaslandırılması aparılacaq və bunların əsasında rəy veriləcəkdir. Muxtar respublikanın interaktiv xəritəsi vasitəsilə portalın ziyarətçiləri muxtar respublikanın rayonları üzrə ayrılıqda investisiya təklifləri və imkanları haqqında da məlumat əldə edə biləcəklər.
Portalda aidiyyəti dövlət orqanlarının internet ünvanlarına link vasitəsilə müraciət etmək olur.
Portal Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərir və istifadəçilərə interaktiv, funksional və şəffaf xidmət göstərməyi hədəfləyir.
Digər xəbərlər