NAXÇIVAN :

03 Iyun 2025, Çərşənbə axşamı

Naxçıvanda I və IV ixtisas qrupları üzrə qəbul imtahanının ikinci mərhələsi keçirilib

...

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən I və IV ixtisas qrupları üzrə  ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi və həmçinin lll qrup üzrə DT və TC  alt qruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni üzrə imtahan keçirilib. 
“Şərq qapısı” xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında 5 binada keçirilən imtahanlarda, ümumilikdə, 1295 abituriyent iştirak edib. İmtahanın idarə olunmasına 17 rəhbər, 129  nəzarətçi ayrılıb.  Qeyd edək ki, imtahan saat 10:00-da başlanıb və 3 saat davam edib.

Bülbül Quliyeva

Nəşr edilib : 01.06.2025 13:09