NAXÇIVAN :

03 May 2026, Bazar

Naxçıvanda baş verən qəzada 3 nəfər xəsarət alıb

...

"Şərq qapısı" xəbər verir ki, qəza Naxçıvan-Sədərək magistralının Duzdağ ərazisindən keçən hissəsində baş verib. "Mercedes" markalı avtomobillə "Changan" markalı yük avtomobilinin toqquşması nəticəsində 1996-cı il təvəllüdlü Mustafayev Xəyal Vahid oğlu, 1964-cü il təvəllüdlü Rəcəbov Möhbalı Rəcəb oğlu və 2000-ci il təvəllüdlü Hüseynov Miradəm Mirdamət oğlu xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili yardım şöbəsinə yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.

Nəşr edilib : 25.04.2026 14:16