NAXÇIVAN :

03 May 2026, Bazar

Naxçıvanda 15 dərəcəyədək şaxta olacaq

...

Naxçıvan Muxtar Respublikası ərazisində həftə ərzində hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi gözlənilir. 
"Şərq qapısı" xəbər verir ki, yanvarın 13-ü axşam saatlarından 16-dək bəzi yerlərdə arabir qar yağacağı və duman müşahidə olunacağı ehtimal edilir. Qərb küləyi əsəcək, küləyin sürəti 5-10 m/s olacaq, ayrı-ayrı yerlərdə arabir güclənəcəyi gözlənilir.
Havanın temperaturu gündüz saatlarında 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, axşam saatlarında 5-10 dərəcə şaxta, dağlıq ərazilərdə isə 15 dərəcəyədək şaxta təşkil edəcək.

Nəşr edilib : 12.01.2026 10:13