NAXÇIVAN :

03 May 2026, Bazar

Naxçıvan teatrının tanınmış aktyoru Əli Əliyev vəfat edib

...

Azərbaycan Respublikasının Əməkdar artisti, Naxçıvan Dövlət Milli Dram Teatrının tanınmış aktyoru Əli Şəmsəddin oğlu Əliyev vəfat edib.
"Şərq qapısı" xəbər verir ki, Əli Əliyev 1956-cı ildə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda anadan olub. O, 1983-cü ildən Naxçıvan Dövlət Milli Dram Teatrında fəaliyyət göstərib, “Anamın kitabı”, “Dəli İbrahim”, “Məşədi İbad” və digər tamaşalarda yaratdığı yaddaqalan obrazlarla teatr sənətinə böyük töhfələr verib.
Allah rəhmət eləsin.

Nəşr edilib : 26.04.2026 17:37