NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib

...

"Şərq qapısı" xəbər verir ki, hadisə şəhərin Afiyəddin Cəlilov küçəsi ilə Mustafa Kamal Atatürk küçəsinin kəsişdiyi yerdə qeydə alınıb. Qəza zamanı 77 AL 903 dövlət nömrə nişanlı “Chevrolet Cruze” markalı  avtomobillə 75 TA 427 dövlət nömrə nişanlı “NAZ-Lifan” markalı avtomobil toqquşub.
Qəzada 2 nəfər (ana və övladı) xəsarət alıb. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Nəşr edilib : 12.10.2025 17:00