NAXÇIVAN :

03 May 2026, Bazar

Naxçıvan Şəhər Ticarət və Xidmət Departamentinin direktoru işdən azad olunub

...

"Şərq qapısı" xəbər verir ki, Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, icra başçısının vəzifələrini müvəqqəti icra edən Əhməd Vəliyev bununla bağlı əmr imzalayıb. Əmrə əsasən Naxçıvan Şəhər İcra Hakimiyyətinə tabe olan "Naxçıvan Şəhər Ticarət və Xidmət Departamenti" publik hüquqi şəxsin direktoru Namazov İlqar Hüseyn oğlu öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilib.

Nəşr edilib : 23.04.2026 17:55