NAXÇIVAN :

24 May 2025, Şənbə

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində kollegiya iclası keçirilib

...

Mayın 23-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində növbəti kollegiya iclası keçirilib. 
İclasda Təhsil Nazirliyinin əməkdaşları, rayon, şəhər təhsil şöbələrinin müdirləri, məktəbəqədər və məktəbdənkənar  təhsil müəssisələrinin, həmçinin ümumtəhsil  məktəblərinin  direktorları iştirak edib.
Kollegiya iclasında  Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov təhsil sahəsində görülmüş işlər, uğurlu nəticələr və qarşıda duran məsələlərlə bağlı məlumat verib.   
Sonra isə şəhər, rayon təhsil şöbələrinin nümunəvi Əsasnaməsinin təsdiq edilməsi ilə bağlı müzakirələr aparılaraq təsdiq olunub.   
Kollegiya iclasında, həmçinin seçmə yolla ümumtəhsil məktəblərində, həmçinin  məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrində  aparılmış  monitorinqlərin nəticələri müzakirə olunub, qərar layihəsi iştirakçıların diqqətinə çatdırılıb. 
Kollegiya iclasında təhsil naziri müəssisə rəhbərlərinə tədris ilinin sonu ilə bağlı məktəb sənədlərinin qanunvericiliyin tələbləri gözlənilməklə işlənməsinə nəzarətin artırılması, ümumtəhsil məktəblərində “Son zəng” tədbirlərinin mütəşəkkil keçirilməsi, müəllimlərin işə qəbulu üzrə qeydiyyat prosesində namizədlərə məsləhətyönümlü dəstəyin göstərilməsi və  digər məsələlərlə bağlı  tapşırıqlar verib.

Nəşr edilib : 23.05.2025 20:50