Naxçıvanda sertifikatlaşdırma imtahanında 352 müəl...
21:55 02.05.2026
0
0
0
NAXÇIVAN :
03 May 2026, Bazar
Mayın 1-də Azərbaycan Milli QHT Forumunun ümumi yığıncağı keçirilib.
"Şərq qapısı" xəbər verir ki, ümumi yığıncağa "Konstitusiya" Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev sədrlik edib.
Azərbaycan Milli QHT Forumunun katibliyinin rəhbəri Ləman Ağalarova yığıncağın katibi seçilib.
Ümumi yığıncağın gündəliyi təsdiq edildikdən sonra AMQF-nin İdarə Heyətinin sədri Ramil İskəndərli Azərbaycan Milli QHT Forumunun 2024-2026-ci illər ərzində fəaliyyətinə dair hesabatla çıxış edib. Bildirib ki, Azərbaycan Milli QHT Forumu son bir il ərzində fəaliyyətini iki istiqamətdə - həm milli çərçivədə, həm də beynəlxalq arenada həyata keçirib. “Əgər milli çərçivədən danışsaq, Azərbaycan Milli QHT Forumunun yerli QHT-lərin institusional inkişafında mühüm mərkəzə çevrildiyini qeyd edə bilərik. Azərbaycan Milli QHT Forumu artıq QHT evinə çevrilməkdədir”, - deyə Ramil İskəndərli vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan Milli QHT Forumu yerli təşəbbüslərə, eyni zamanda, həm kəmiyyət, həm də keyfiyyət göstəricilərinə xüsusi diqqət ayırır. “Milli QHT Forumunun keçirdiyi tədbirlərdə nəinki gündəlikdəki məsələlər, cəmiyyəti narahat edən aktual məsələlər də müzakirə olunur, eyni zamanda, konkret təkliflər verilir. Bu təkliflər, əslində bizim işimizin əsas qayəsidir”, - deyə Əliməmməd Nuriyev vurğulayıb.
Daha sonra hesabat ətrafında müzakirələr aparılıb.
Sonda hesabat səsə qoyularaq qəbul edilib.
Digər xəbərlər