NAXÇIVAN :

03 May 2026, Bazar

Milli Məclis məcburi icra üzrə məlumat mübadiləsi sazişini təsdiqləyib

...

Azərbaycan parlamenti “Məhkəmə aktlarının, digər səlahiyyətli orqanların və vəzifəli şəxslərin aktlarının məcburi icrası həyata keçirilərkən məlumat mübadiləsi üzrə əməkdaşlıq haqqında Saziş”i təsdiqləyib.

"Şərq qapısı" xəbər verir ki, bu məsələ Milli Məclisin mayın 1-də keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Sənəd Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin müvafiq strukturları və orqanları arasında əməkdaşlığın genişləndirilməsi, sənəd mübadiləsinin gücləndirilməsi və hüquqi aktların qanunvericilik çərçivəsində səmərəli şəkildə həyata keçirilməsinin təmin edilməsi məqsədini daşıyır.

Nəşr edilib : 01.05.2026 13:16