NAXÇIVAN :

03 May 2026, Bazar

Mətin Hüseynov: 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması zamanın çağırışlarına cavab verən düşünülmüş qərardır

...

2026-cı ilin Azərbaycanda "Şəhərsalma və Memarlıq İli" elan olunması zamanın çağırışlarına cavab verən düşünülmüş qərardır. Bu qərar yalnız bir təqvim ili ilə məhdudlaşmır, Bakının şəhərsalma siyasətində yeni mərhələnin, sistemli və beynəlxalq standartlara inteqrasiya olunan inkişaf modelinin davamıdır. Bakıda keçiriləcək WUF13 buna bariz nümunədir.

"Şərq qapısı" xəbər verir ki, bu sözləri paytaxtda “İctimai proseslər media müstəvisində” mövzusunda keçirilən III Forumun panelində çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Mətin Hüseynov deyib.

“Bakının müasir simasını formalaşdıran və artıq qlobal tanıtım elementinə çevrilən memarlıq nümunələri ilə qürur duyuruq. Həmçinin şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün kompleks tədbirlər görülür. Bu sahədə müasir texnologiyaların tətbiqi ilə sənaye tullantılarının azaldılması, alternativ enerji mənbələrinin inkişafı və Xəzər dənizinin mühafizəsi üzrə layihələr uğurla davam etdirilir”, - deyə M.Hüseynov vurğulayıb.

İşğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən sürətli yenidənqurma və bərpa işlərinin həm vətəndaşlarımız, həm də xarici qonaqlar tərəfindən böyük heyranlıqla qarşılandığını da söyləyən şöbə müdiri qeyd edib ki, insanlar Qarabağ və Şərqi Zəngəzura hər növbəti səfəri zamanı yeni-yeni nailiyyətlərin şahidi olurlar.

Nəşr edilib : 01.05.2026 12:32