NAXÇIVAN :

23 May 2025, Cümə

Məleykə Abbaszadə: Qəbul imtahanları 24 şəhər və rayonda keçiriləcək

...

Bu il Xankəndidə qəbul imtahanı keçiriləcək. Bu, işğaldan azad edilmiş ərazilərdə təşkil olunan ilk qəbul imtahanıdır.

"Şərq qapısı" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə qəbul imtahanlarının başlaması ilə əlaqədar keçirilən mətbuat konfransında deyib. O bildirib ki, qəbul imtahanları ümumilikdə 24 şəhər və rayonda təşkil olunacaq.

Nəşr edilib : 23.05.2025 11:25