NAXÇIVAN :

04 May 2026, Bazar ertəsi

Malayziyada vəfat edən ANAMA-nın əməkdaşının nəşinin ölkəmizə gətirilməsi üçün tədbirlər görülür

...

Kamboca Krallığında keçirilən humanitar minatəmizləmə fəaliyyətinə dair beynəlxalq təlimlərdə iştirak edən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) minaaxtaran it bələdçilərindən biri Orxan Məhərrəmov səhhətində yaranan kəskin problemlə əlaqədar bu il yanvarın 14-də həmin ölkədə xəstəxanaya yerləşdirilib.

"Şərq qapısı" xəbər verir ki, ANAMA-dan verilən məlumata görə, o, yanvarın 18-də Malayziyadakı ixtisaslaşmış xəstəxanaya təxliyə edilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və o, yanvarın 25-də vəfat edib.

“Məsələ ilə bağlı bir neçə gün əvvəl Malayziyaya ezam olunan ANAMA-nın əməkdaşları Orxan Məhərrəmovun nəşinin ölkəmizə gətirilməsi üçün Malayziyadakı Azərbaycan səfirliyinin dəstəyi və həmin təlimlərin təşkilatçıları ilə koordinasiya etməklə, müvafiq tədbirlər həyata keçirirlər”, - deyə məlumatda vurğulanıb.

Nəşr edilib : 26.01.2026 17:31