NAXÇIVAN :

08 Iyun 2025, Bazar

"Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş növbəti solo konsert keçirilib

...

Culfa Rayon Mədəniyyət Şöbəsinin tabeliyində fəaliyyət göstərən Bənəniyar kənd Uşaq Musiqi Məktəbində Xalq çalğı alətləri şöbəsinin qarmon ixtisası üzrə təhsil alan lV sinif şagirdi Natiq Quliyevin solo konserti keçirilib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin əməkdaşı Məmməd Hüseynli qeyd edib ki, belə konsertlərin keçirilməsi istedadlı gənclərin ortaya çıxarılmasına zəmin yaradır. Bu istiqamətdə görülən işlər nazirlik tərəfindən daim diqqət mərkəzində saxlanılır.
Natiq Quliyevin ifasında T. Bakıxanov "Konsert", A.Fossen "Sürət çarxı", G.Dinicu "Mart yallısı", V.Adıgözəlov "Bayram suitası", V.Monti "Çardaş", V.A.Motsart "Rondo", E.Sabitoğlu "Vals", "Tiflisi" rəqsləri səsləndirilib.
Konsert proqramı iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.
Sonda Bənəniyar kənd Uşaq Musiqi Məktəbinin direktoru Nazil Qulusoy gənc ifaçını təbrik edərək ona gələcək fəaliyyətində uğurlar arzulayıb. 
Konsertdə uğurlu iştiraklarına görə müəllim və şagird məktəbin diplomu ilə təltif olunub.
Qeyd edək ki, şagirdin müəllimi Abbas Kərimovdur.

Nəşr edilib : 07.06.2025 16:56