NAXÇIVAN :

30 Aprel 2025, Çərşənbə

"Konstitusiya və Suverenlik İli” çərçivəsində "Konstitusiya demokratik cəmiyyətin hüquqi əsasıdır" mövzusunda tədbir keçirilib

...

Aprelin 29-da Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Müəllimlər İnstitutunun birgə təşkilatçılığı ilə “Konstitusiya demokratik cəmiyyətin hüquqi əsasıdır” mövzusunda tədbir keçirilib.
Müvəkkil aparatının əməkdaşlarının və Naxçıvan Müəllimlər İnstitutunun müəllim və tələbə heyətinin iştirak etdiyi tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.  
Sonra Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsini icra edən, Tədris işləri üzrə prorektor dosent Elşən Məmmədov və Müvəkkil aparatının şöbə müdiri Vahidə Bayramova giriş nitqi ilə çıxış edərək Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında qəbul edilən Azərbaycanın ilk milli Konstitusiyasının ölkənin müstəqilliyini və demokratik inkişafını təmin edən əsas hüquqi sənəd olması barədə məlumat veriblər.
Daha sonra Müvəkkil aparatının əməkdaşı Nuranə Kərimovanın “Azərbaycan Respublikası Konstitusiyası insan hüquq və azadlıqlarının qarantıdır", Naxçıvan Müəllimlər İnstitutunun Ümumi işlər üzrə prorektoru Xəyal Camalovun “Vətəndaşların Konstitusiyada nəzərdə tutulmuş əsas vəzifələri”, Naxçıvan Müəllimlər İnstitutunun tələbəsi Aysuman Rüstəmova “Müasir Azərbaycan dövlətçiliyinin hüquqi və ideoloji təməli” mövzularında çıxışları dinlənilib.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb və “Dövlətin əsasları” adlı videoçarx nümayiş olunub.

Nəşr edilib : 29.04.2025 21:29